Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əbdülfəttah Əs-Sisi: “Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı yüksək potensiala malikdir”

Baxış: 302


Əbdülfəttah Əs-Sisi: “Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı yüksək potensiala malikdir”
“Misirlə Azərbaycanın beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir”
“Sahibkartv.az” xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bunu Bakıda Azərbaycanın iş adamları ilə görüşündə deyib.
“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, - Misir Prezidenti vurğulayıb.
Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.