Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

G7 ölkələri Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq edə bilər

Baxış: 212


G7 ölkələri Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq edə bilər
G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya neft məhsullarına iki qiymət həddi təyin etməyi planlaşdırır.
“Sahibkartv.az" xəbər verir ki, bu barədə “Reuters” G7 nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, fevral ayından etibarən xam neftə nisbətən endirimlə satılan məhsullar (məsələn, dizel, kerosin) üçün qiymət həddi variantı tətbiq oluna bilər. Endirimlə satılan neft məhsulları (məsələn, mazut) üçün digər qiymət həddi müəyyən edilə bilər.
Xatırladaq ki, dekabrın 5-də Aİ və ABŞ Rusiya neftinə qiymət həddi tətbiq edib və bu, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın fikrincə, 2023-cü ildə neft hasilatının 7-8% azalmasına səbəb ola bilər.
Qeyd edilib ki, neft məhsulları üçün qiymət həddi təyin etmək xam neftdən daha çətindir, çünki neft məhsullarının növləri çoxdur. Onların qiyməti çox vaxt istehsalçıdan deyil, hansı ölkədən tədarük edilməsindən asılıdır

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.