Bunu "Sahibkartv.az"a serbiyalı politoloq, Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qayiç deyib.
Onun sözlərinə görə, bu, şübhəsiz ki, iki dövlət arasında gələcək əməkdaşlığı reallaşdırmağa imkan verən mühüm səfərdir.
"Hesab edirəm ki, Prezident İlham Əliyevin Belqrada səfərindən qısa müddət sonra baş tutan bu səfər iki dövlət arasında gələcək əməkdaşlığa müsbət təsir göstərməlidir. Bu, sadəcə olaraq protokol səfəri deyil, həm də bir çox sahələr üzrə gələcək əməkdaşlığı reallaşdırmağa imkan verən görüşdür”, - o bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi Serbiya dövləti və ictimaiyyəti üçün çox önəmlidir: "Azərbaycan beynəlxalq hüquq normalarına qətiyyətlə riayət edir ki, bu da Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələsində öz əksini tapır. Bu, Serbiya tərəfində qarşılıqlı ehtiram oyatmaya bilməz".