Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
"Sahibkartv.az"ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.
Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır.
Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq.
İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir.
Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Aİ əsaslı enerji şəbəkələri elektrik itkilərini 35% azaltdı
22:12 / 12-05-2025
Sənaye robotları əmək məhsuldarlığını ikiqat artırdı
21:44 / 12-05-2025
Smart Aİ kamera şəbəkəsi tarixi abidələrin qorunmasında yeni dövr açdı
21:25 / 12-05-2025
Kənd bələdiyyələri vətəndaş müraciətlərini avtomatik cavablandırır
19:49 / 12-05-2025
İdman təhlil sistemləri gənc futbolçuların performansını ölçür
19:19 / 12-05-2025
Aİ əsaslı memarlıq analizləri tarixi binaların bərpasını sürətləndirir
18:30 / 12-05-2025
Kənd təsərrüfatı hava şarları zərərvericiləri izləyir
18:20 / 12-05-2025
Aİ ilə aparılan şəhər səs-küy analizləri şəhərsalma siyasətinə yön verir
17:40 / 12-05-2025
Qida analizatorları ərzaq təhlükəsizliyinə nəzarəti gücləndirir
17:30 / 12-05-2025
Təmir planlaşdırma sistemləri ictimai nəqliyyatda fasilələri azaldır
16:41 / 12-05-2025
Sabah 28 dərəcə isti olacaq
16:00 / 12-05-2025
Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
14:14 / 12-05-2025
AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
14:04 / 12-05-2025
Albert Aqarunov Şuşada - Foto
13:54 / 12-05-2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:49 / 12-05-2025
Daha bir qanunsuz tikili söküldü - Foto
13:45 / 12-05-2025
Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
13:28 / 12-05-2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
13:24 / 12-05-2025
Bank kartlarından oğurluq davam edir
12:11 / 12-05-2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
12:08 / 12-05-2025
Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12:05 / 12-05-2025
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bölməyə aid digər xəbərlər
Tarix: 28-10-2022, 19:46 Oxunub: 164
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
14-06-2022, 16:19
İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib - YENİLƏNİB
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
7-03-2022, 13:38
Emmanuel Makron İlham Əliyevə məktub yazdı
25-02-2022, 08:31
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
14-01-2022, 14:33
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana təbrik məktubu
23-12-2021, 11:50
Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
30-11-2020, 15:16
Dekabr ayının hava proqnozu açıqlanıb
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO