Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Departamenti: "Azərbaycan və Ermənistan liderlərinin birbaşa dialoqu davamlı sülhə nail olmağın açarıdır"

Baxış: 285


Dövlət Departamenti: Azərbaycan və Ermənistan liderlərinin birbaşa dialoqu davamlı sülhə nail olmağın açarıdır
“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.
"Sahibkartv.az" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib.
N.Prays ABŞ-ın əvvəlki kimi, rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.
"Biz hər iki lideri onlara uyğun istənilən formatda görüşməyə çağırmışıq. Hesab edirik ki, problemləri həll etməyin və davamlı sülhə nail olmağın açarı birbaşa dialoqdadır. Məhz buna görə də dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirmişdi” – o bildirib.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, son nəticədə davamlı sülh səyləri baxımından Prezident Putinin dəvətinin faydalı olub-olmayacağına məhz Azərbaycan və Ermənistan qərar verməlidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.