Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MM-in sədr müavini: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında partiyaların təklifləri əsaslı rol oynayıb”

Baxış: 328


MM-in sədr müavini: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında partiyaların təklifləri əsaslı rol oynayıb”Fəzail İbrahimli 
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
"Son illərdə Azərbaycanda sistemli xarakter daşıyan islahatlar keçirilir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu dəyişikliklər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında baş tutur. Hakimiyyət qolları arasında da əməkdaşlıq əlaqələri güclənir. Ötən müddətdə müxalifətlə iqtidar dialoqu da gerçəkləşib", - o, əlavə edib.
F.İbrahimli qeyd edib ki, parlamentdə YAP-la yanaşı müxalif partiyaların nümayəndələrinin də təmsil olunması bunu bir daha sübut edir:
“Parlamentdə təmsil olunan 15 siyasi partiya yeni qanun layihəsinin hazırlanması ilə bağlı sədrə müraciət etmişdik. Məlumdur ki, “Siyasi partiyalar” haqqında qanun 30 il bundan əvvəl qəbul edilmişdi. Təbii ki, bu illər ərzində Azərbaycan təpədən dırnağa kimi dəyişib. Artıq Azərbaycan bütün dünyaya yeni libasda təqdim olunur. Belə ki, məğlub Azərbaycan qalib ölkə kimi sözünü deyir. Həmçinin beynəlxalq arenada söz sahibidir. Yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.