Azərbaycan həm avtomobil, həm dəmiryolu, həm də hava nəqliyyatı baxımından yeni dəhlizlər yaratmaqla transit potensialını yüksəldir və bu baxımdan ölkəmiz qitələrarası bağlantıda əlaqələndirici rol oynayır.
“Sahibkartv.az” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev son dövrlərdə həyata keçirilən yeni layihələr haqqında danışarkən bildirib.
O qeyd edib ki, Qarabağda icra olunmuş infrastruktur layihələri regionumuzdan keçən dəhlizləri nəzərə almaqla biri-birinə əlaqələndirilmiş şəkildə inteqrasiya edilir:
“Bu baxımdan inşa edilən avtomobil yollardan biri də Şükürbəyli-Cəbrayıl-Hadrut magistralıdır. Bu yolun davamı olaraq Füzuliyə qədər hissəsinin (Füzuli-Hadrut) tikintisi hazırda gedir və bu ilin sonunda təhvil verilməsi planlaşdırılıb. Füzuli-Ağdam və Ağdam-Bərdə yollarının tikintisi də yekunlaşmaq üzrədir. Bu layihələr ya bu ilin sonu, ya da gələn ilin əvvəlində təhvil veriləcək. Bərdədən Yevlaxa əlaqə var. Oradan isə iki istiqamət üzrə Gürcüstana çıxmış oluruq. Bu yol İran sərhədinə də çıxır. Bu o deməkdir ki, yol həm şərq-qərb üzrə Bakıdan Zəngəzur dəhlizinə qədər ərazini birləşdirir, həm də cənub-qərb istiqamətində Fars körfəzi ilə Qara dəniz arasında əlaqə ola bilər”.
Rauf AğamirzəyevEkspert bu baxımdan digər layihələrin də çox önəmli olduğunu qeyd edib:
“Bildiyiniz kimi, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Xudafərin-Qubadlı-Laçın, Laçın-Kəlbəcər, Toğanalı-Kəlbəcər-İstisu yolları tikilməkdədir. Bu yollar da yeni dəhliz rolunu oynayacaq və mövcud şərq-qərb dəhlizlərini əlaqələndirəcək. Bu yollar həmçinin sıxlıq, yüklənmə olduqda nəqliyyat axınını yönləndirmək baxımından da önəmlidir.
Ərazi dağlıq olduğundan tunel, estakada, süni qurğuların tikintisi də müşahidə olunur. Belə qurğular həm yolu qısaldır, həm də relyefdən asılı olmayaraq, fasiləsiz hərəkəti təmin edəcək.
Bütün bunlar regionda Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, cəlbediciliyini də yüksəldəcək”.
R.Ağamirzəyev Qarabağ və Şərqi Zəngəzurda tikilən dəmiryollarının əhəmiyyətindən də söz açıb: “Hazırda tikilən Bərdə-Ağdam, Horadiz-Ağbənd yolları tikilməkdədir. Amma perspektivdə İmişlidən Ağcabədiyə dəmiryolu çəkmək olar ki, onu Ağdam xətti ilə əlaqələndirdikdə həm Ələt limanına çıxışı təmin etmək olacaq, həm də Poti limanına. Bu yolla ilə gələcəkdə İmişli ilə Parsabadı əlaqələndirmək də nəzərdə tutulub. Beləliklə, Fars körfəzi ilə əlaqəni yaratmaqla Ağdamın, Qarabağın dünya bazarlarına çıxışını, inteqrasiyasını sürətləndirmək mümkün olacaq.
Regionda artıq Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Yaxın iki ildə Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycan hava dəhlizlərində də mövqeyini möhkəmləndirəcək”.
Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”a Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun əhəmiyyətindən danışarkən bildirib: “Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə bizi Cəbrayıl şəhərinə, o cümlədən də Hadrut qəsəbəsinə aparır. Yol bu istiqamətdə yerləşən Cəbrayıl və Füzuli rayonlarının 20 yaşayış məntəqəsini əlaqələndirir. Hazırda Füzuli-Hadrut avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir. Füzuli-Hadrut avtomobil yolu da Şükürbəyli–Cəbrayıl avtomobil yoluna birləşir. Beləliklə, yol bu istiqamətdə Füzuli şəhərinə çıxışı bu şəkildə təmin edəcək: Füzuli-Zəfər yolu və Əhmədbəyli-Şuşa yolu”.
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
Ekspert: "Azərbaycan qitələrarası bağlantıda əlaqələndirici rol oynayır"
Bölməyə aid digər xəbərlər
Tarix: 21-10-2022, 10:15 Oxunub: 147
Bölməyə aid digər xəbərlər
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
10-09-2022, 09:22
Füzuli-Ağdam avtomobil yolunun inşası sürətlə davam edir
13-07-2022, 12:39
Orta Dəhlizin aktivliyini artırmaq üçün bir sıra həllər təklif edilir
9-06-2022, 16:23
Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
6-06-2022, 18:17
Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşır
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
11-10-2021, 16:36
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılır - FƏRMAN
10-10-2021, 12:51
Prezident işğaldan azad olmuş ərazilərin yollarında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB + FOTO
27-09-2021, 08:29
Vətən müharibəsinin başlanmasından bir il ötür – UNUDULMAZ TARİXLƏR
28-08-2021, 21:48
Azərbaycana iqtisadi və hərbi üstünlük qazandıracaq layihələr - FOTO
17-08-2021, 22:22
“Kəlbəcər və Laçına xarici investisiyaları cəlb edəcək layihələr tam gücü ilə işləyir” - ŞƏRH
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək