Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşüb

Baxış: 460



Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.
Bu barədə “Sahibkartv.az” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, - məlumatda deyilir. 
00:28Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar başlayıb.
Bu barədə “Saibkartv.az” xarici mətbuata istinadən xəbər verir.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilir.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.