Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: "Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır"

Baxış: 266
"Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır".
"Sahibkartv.az"ın xəbərinə görə, bu fikirləri Macarıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman sentyabrın 19-da Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir:
"Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.