Bu barədə "Sahibkartv.az"a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda təkcə vurğuladığı məsələlər deyil, eyni zamanda bu müraciətin daha erkən, Müstəqillik Günündən 1həftə öncə göndərilməsi diqqəti cəlb edir.
“Düşünürəm ki, Bayden digər ölkələrin liderlərindən öncə təbrik məktubu ünvanlanlamaqla diqqəti Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşmasına cəlb etmək istəyir. Eyni zamanda, Bayden belə bir addım atmaqla ABŞ-ın Azərbaycana olan münasibətə həm beynəlxalq, həm də ölkə ictimayyətinin diqqətini çəkmək istəyir".

“Biz bu müsbət dəyişikliyi ABŞ tərəfindən də sərgilənən münasibətdə də müşahidə edə bilərik. Belə ki, Azərbaycanın Rusiya ilə yaxın münasibətlərinə rəğmən, Ukraynaya bir neçə dəfə humanitar yardım göndərməsi, Rusiyanın beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və şimal qonşumuzun əlehinə olan müxtəlif səsvermələr zamanı Moskvanı dəstəkləməməsi, vaxtaşırı olaraq, müəyyən məqamlarda Rusiyadan narazı olduğu təqdirdə birbaşa, aydın şəkildə nota verməsi ölkəmizin müstəqil siyasət yeritdiyini göstərir.
Eyni zamanda, Avropaya qaz ixracının artırılması istiqamətində müəyyən danışıqlarda müsbət tövhənin əldə olunması, məhz Azərbaycanın yeritdiyi bu tam müstəqil siyasət yürütməsinin bariz nümunəsidir. Müstəqil qərarların qəbul edilməsi müxtəlif aparıcı dünya gücləri, o cümlədən də ABŞ-ın Azərbaycana olan münasibətini müsbət mənada dəyişdirir".