14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
“Türkiyənin sevinci Azərbaycanın sevincidir”. Bu ifadə çoxdandır deyimə çevrilib. İki dövlət arasında münasibətlər, əlaqələr və əməkdaşlıq artan xətt üzrə inkişaf edir. Rəsmi Ankara ilə Bakı arasında imzalanan müqavilələr reallaşır.
Belə münasibətlərin davamlı olmasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradə və nüfuzu başlıca rol oynayır.
Bu gün Türkiyədə Qara dəniz üzərində Rizə-Artvin Hava Limanının açılışı baş tutub.
Qeyd edək ki, bu, Türkiyədə Ordu-Giresundan sonra dəniz üzərində qurulan iknci, dünyada isə beşinci hava limanıdır. Rizə-Artvinin ildə 3 milyon sərnişinə xidmət etməsi nəzərdə tutulub.
Türkiyə və Azərbaycan liderlərinin belə strateji obyektlərin açılışını birlikdə etməsi tərəflər arasında ənənəyə çevrilib. 2021-ci il oktyabrın 26-da Azərbaycanın işğaldan azad edilən Füzuli rayonunda eyni adlı Beynəlxalq Hava Limanının açılışı olub. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Rizə-Artvin hava limanının iki qardaş ölkə rəhbərlərinin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir.
Azərbaycan torpaqları işğladan azad edildikdən sonra tərəflər arasında əlaqələr daha da genişlənməkdədir. Münasibətlər ölkələrin müxtəlif sahələrini əhatə edir. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi artıq hüquqi sənəd olaraq beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Sənəddə ərazi bütövlüyü və suvenliyin qorunmasının vurğulanması günümüzün vacib, aktual məsələsidir: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.
Şuşa Bəyannaməsində iki ölkə arasında nəqliyyat məsələsi də vurğulanır: “Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər”.
Rəsmi Ankara və Bakı Şuşa Bəyannaməsinin siyasi, hərbi, sosial ruhuna uyğun olaraq son zamanlar beynəlxalq aləmdə baş verən hadisələrdə bir mövqedən çıxış edirlər. Xüsusən, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan və Türkiyə tərəfindən dəstəklənməsi buna örnək ola bilər.
Azərbaycanla Türkiyənin əməkdaşlığı bir sıra beynəlxalq məsələlərin həllinə yardım edir. Son zamanalr Qara dəniz hövzəsində yaranan gərginliklə bağlı Avropa İttifaqına üzv ölkələr təbii qaz təchizatı ilə bağlı problemlərlə üzləşiblər. Bu istiqamətdə iki dövlətin birgə səyi və əzmkarlığı nəticəsində inşa edilib, istismara verilən təbii qaz kəməri hazırda avropalıların “mavi yanacağa” tələbatının ödənilməsinə yardım edir.Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında imzalanan və həyata keçən layihələr regional əhəmiyətli olduğu qədər qlobal mahiyyət də daşıyır. Hesab etmək olar ki, Rizə-Artvin Hava Limanı regionun inkişafına, əlaqələrinə və təhlükəsizliyinə müsbət təsir edəcək.
İki ölkə arasında münasibtələr dövlət başçılarının uğurlarındandır. Ədalət və İnkişaf Partiyası 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qalib gəlməklə təkbaşına hökuməti qurdu. Bununla da Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ölkədə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə sabitlik yarandı.
2002-ci ilədək Türkiyə tez-tez hakimiyyət dəyişikliyi və dövlət çevirilişi, habelə hərbi çevrilişlər yaşayırdı. Onun liderliyi sayəsində Türkiyə 20 ildir sabit inşikaf edir. Terrorçuluğa qarşı mübarizədə də uğrulu nəticələr əldə edilib. Türkiyə başqa ölkələrin ərazisində antiterror əməliyyatlarında iştirak edir. Artıq Türkiyə regionun və dünyanın sayılıb, seçilən dövlətlərindən biri olub.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub. Torpaqların işğaldan azad edilməsi Dövlət Başçısının ən böyük uğurlarındandır. Beynəlxalq nəqliyyat və enerji daşııcıları layihərlərində Azərbaycanın önəmli yeri tutmasında da Prezdent İlham Əliyevin danılmaz rolu və əməyi var. Onun iradə və əzmkarlığı sayəsində bir sıra layihələr reallaşıb. Prezindentin nəzarəti ilə işğaldan təmizlənən bölgələrdə quruculuq işləri görülür.
Bu baxımdan hər iki liderin yürütdüyü ardıcıl xarici siyasi kurs beynəlxalq aləmdə də uğurla nəticələnib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Onların qarşılıqlı dostluq, qardaşlıq münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir. Bu Azərbaycan və Türkiyənin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir.
Eyni soykökdən olan etnosların dövlətlərinin bir-biri ilə müharibəsi dünyaya bütün baxımdan ziyan vurur, beynəlxalq hüququ hörmətdən salır. Ancaq iki dövlətin dostluq və qardaşlığı bütün dünyaya nümunədir. Bu qardaşlıq və dostluqdan Azərbaycan və Türkiyə ilə yanaşı, başqaları da faydalanır. Füzuli Beynəlxalq, Rizə-Artvin Hava limanlarının açılışı buna daha bir nümunədir.
Bölməyə aid digər xəbərlər