Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Baxış: 498
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
02 Fevral 2022-ci il tarixində 6620 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı. 03 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (6620) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 435 nəfərdir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.