
26–27 noyabr tarixlərində Bakıda, The Ritz-Carlton Baku hotelində keçiriləcək Səhiyyə Menecmenti Forumunda Məlhəm Beynəlxalq Hospitalın direktoru Sevda Əlizadə spiker qismində iştirak edəcək.
Sahibkartv.az xəbər verir ki, Sevda Əlizadə forumun “Səhiyyədə xanım rəhbərlər: Liderlik və zərif baxış” adlı 5-ci panelində çıxış edəcək. Panel səhiyyə sahəsində qadın liderliyi, rəhbərlik təcrübəsi və idarəetməyə müasir yanaşmaların müzakirəsinə həsr olunacaq.
Səhiyyə Menecmenti Forumu səhiyyə sektorunda rəhbərlik və idarəetmə təcrübəsinin paylaşılması, aktual məsələlərin müzakirəsi və peşəkar əməkdaşlığın inkişafı baxımından mühüm platformadır.





































