Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tağı Əhmədov əlil arabasında gəzir: “Həkim yoxdur ki, məni sağalda” - YENİLƏNİB

Baxış: 431
“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.
Bu sözləri Sahibkartv-yə açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. 
Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: 
“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.
12:20
Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.
Yenisabah.az xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.
Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir.
Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.
Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.
T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.
Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.