Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gündən Azərbaycanda immunitet sertifikatı YENİ QAYDADA VERİLƏCƏK

Baxış: 155
Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.
Sahibkartv.az xəbər verir ki, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək.
Əvvəllər bu müddət 14 gün idi.
Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.