10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
"Koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün)"
Sahibkartv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O, yeni ştamın daha çox yoluxucu olduğunu,"delta" ştamını sıxışdırdığını qeyd edib:
"Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir".
Ekspertin sözlərinə görə, koronavirusun “omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır.
"Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb. Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. "Omikron" və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)".
Mütəxəssis "omikron"nun daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunduğunu qeyd edib.
Bölməyə aid digər xəbərlər