Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məlhəm Hospitalın həkimləri 7-ci Dünya Parkinson Konqresində iştirak edib

Baxış: 144

Bakı Parkinson Mərkəzi və Məlhəm Hospital komandası ABŞ-ın Arizona ştatında keçirilən 7-ci Dünya Parkinson Konqresində iştirak edib.
Konqres çərçivəsində mərkəzin mütəxəssisləri Parkinson xəstəliyinin müalicəsi sahəsində əldə olunan təcrübələri, tətbiq edilən elmi yanaşmaları və 50 xəstə üzərində həyata keçirilən əməliyyatların nəticələrini beynəlxalq nevrologiya ictimaiyyətinə təqdim ediblər.

Tədbir zamanı dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə fikir mübadiləsi aparılıb, Parkinson xəstəliyinin müasir müalicə üsulları və gələcəyin innovativ terapiyaları ilə bağlı son yeniliklər müzakirə olunub.

Mütəxəssislər qeyd ediblər ki, belə beynəlxalq platformalarda iştirak həm tibbi bilik və təcrübənin inkişafı, həm də xəstələrə daha müasir və effektiv müalicə imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı Parkinson Mərkəzi və Məlhəm Hospital Parkinson xəstələrinin müalicəsində ən yeni tibbi yanaşmaların tətbiqi istiqamətində fəaliyyətlərini davam etdirirlər.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.