
Məlhəm Beynəlxalq Hospitalda degenerativ mitral qapaq çatışmazlığı olan pasiyent üzərində MitraClip sistemi ilə Transkateter Mitral Qapaq Təmir Proseduru (TEER) uğurla icra olunub. Əməliyyat Kardiologiya şöbəsinin rəhbəri TÜFD Dr. Ülvi Mirzoyevin rəhbərliyi ilə həyata keçirilib.
Bu müdaxilə Azərbaycanda həyata keçirilən ikinci TEER proseduru, MitraClip texnologiyası ilə icra olunan isə ilk əməliyyat hesab olunur.
Minimal invaziv üsul sayılan TEER açıq ürək əməliyyatı üçün yüksək riskli xəstələrdə tətbiq edilir və simptomların azalmasına, həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.
Bu əməliyyat kardiologiya, anesteziologiya-reanimasiya, görüntüləmə və əməliyyat komandalarının birgə fəaliyyəti sayəsində mümkün olub.














































