Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Baxış: 27
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib


Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət yetirmək və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etmək tövsiyə edilir.

Müraciətdə həmçinin qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər. Bu mövsümdə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.

Xatırladaq ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.