Dünyanın ən böyük özəl səhiyyə təminatçılarından biri “Acıbadem” Xəstəxanalar Qrupu ilə Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olan “Meqa Həyat Sığorta" ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bakıda keçirilən tədbirdə hər iki tərəfdən olan nümayəndələr – “Acıbadem” Xəstəxanalar Qrupu Beynəlxalq layihələrin inkişafı və əməliyyatlar direktoru Murat Pekmezoğlu, “Meqa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Uğur İbrahimli iştirak ediblər.
Tədbirdə hər iki tərəfin nümayəndələri çıxış edərək işgüzar münasibətlərin inkişafından və daha da sıx əməkdaşlıq üçün qarşıda duran vəzifələrdən danışıblar.
Daha sonra qonaqlara “Acıbadem” Xəstəxanalar Qrupunun “Meqa Həyat Sığorta" ilə birgə təqdim etdiyi “Health Point” sadiqlik kartı layihəsi barədə məlumat verilib.
Sözügedən layihə çərçivəsində sığorta şirkətinin müştəriləri onlara təqdim olunan “Health Point” kart vasitəsilə imtiyazlar əldə edir. Ortaq əməkdaşlıq çərçivəsində “Health Point” kartları müştərinin yazılı razılığı əsasında təqdim olunacaq və kartlara görə heç bir əlavə ödəniş tələb edilməyəcək.
“Acıbadem” Xəstəxanalar Qrupunun Beynəlxalq layihələrin inkişafı və əməliyyatlar direktoru Murat Pekmezoğlu isə bildirib ki, 25 ölkədə 50 əlaqələndirici ofisləri və 5 ölkədə 24 xəstəxana mövcuddur:
“1991-ci ildə açılan xəstəxana adını məhz Türkiyədə, İstanbulun Acıbadem məhəlləsindən götürüb.
Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir. Artıq Avropada ilk türk markası olaraq “Acıbadem” xəstəxanası Hollandiyada açılıb. Azərbaycanda isə danışıqlar hələ davam edir və şərtlərin razılaşdığı halda “Acıbadem” xəstəxanasının açılması mümkün ola bilər. İndiki iş birliyimiz yalnız Azərbaycandan olan xəstələri Türkiyəyə göndərmək deyil, həmçinin həkimlərimizi Bakıya gətiririk. “Acıbadem” Xəstəxanalar Qrupunda Azərbaycan həkimləri də çalışır. Buradakı səhiyyə sistemini də çox bəyənirəm. Mən öz sağlamlığımı Azərbaycan həkimlərinə əmanət edə bilərəm”, - M.Pekmezoğlu qeyd edib.
Onun sözlərinə görə, “Acıbadem” xəstəxanalarında bir çox ağır xəstəliklərin uğurlu müalicəsi aparılır: “Həkimlərimiz Amerikada, İngiltərədə, Avropada dünya standartlarına uyğun öz peşəkarlıqlarını artırırlar. Peşəkar kadrların yetişdirilməsi üçün “Acıbadem” Universiteti də fəaliyyət göstərir”.
M.Pekmezoğlu "Meqa Həyat” sığorta şirkəti ilə ortaq layihədən danışarkən deyib ki, “Acıbadem Health Point” sadiqlik kartlarının sahibləri bir çox üstünlüklərdən yararlana biləcəklər: “Ən əsası “Health Point” kartı vasitəsilə “Acıbadem”in Türkiyədəki həkimləri tərəfindən ikinci tibbi rəyin alınması mümkündür, bunun üçün sığorta şirkətinin müştəriləri klinikanın Bakı ofisinə müraciət etməklə pasientin tibbi müayinə sənədlərini təqdim etmək lazımdı və müvafiq cavab 48 saat ərzində verilir”.
"Meqa Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri Uğur İbrahimli təqdim edilən yeni “Health Point” kartları ilə bağlı bildirib ki, bu kartlar vasitəsi ilə sığorta şirkətinin müştəriləri “Acıbadem” xəstəxanalarında tibbi xidmətlər zamanı 5 %-dən 20 %-ə qədər güzəştlər əldə edəcəklər: “İstanbula səfər zamanı bütün hava limanlarında “Health Point Welcome Lounge”a giriş, İstanbuldakı “Acıbadem” xəstəxanalarına gediş-gəliş üçün VIP transfer və digər güzəştlər əldə edəcəklər. Endirimlərdən kart sahibi ilə yanaşı onun birinci dərəcəli qohumları - ana, ata, həyat yoldaşı və övladları da yararlanacaqlar.
“Acıbadem Health Point” layihəsi ilkin mərhələdə “Meqa Həyat” şirkətinin “Həyatın Yaşam Sığortası”na yeni qoşulmuş müştərilərinə şamil ediləcək. Lakin mövcud müştərilərimiz də müraciət etməklə bu kartları əldə edə bilərlər”.
Sahibkarlar üçün “Digital Twin” Sistemləri ilə Real Sınaq İmkanı Yaradıldı
19:17 / 26-04-2025
Sərmayəçilər üçün Startapların Etibar İndeksi Yaradıldı
18:51 / 26-04-2025
AI əsaslı “Franchise Uyğunluq Sistemi” Sahibkarlarda Marağa Səbəb Olub
18:20 / 26-04-2025
Sahibkarlara Öz Komandası Üzərində Liderlik Tərzini Ölçmək İmkanı Verildi
18:00 / 26-04-2025
Mikro-Bizneslər üçün AI əsaslı “Market Dinamika Paneli” Yaradıldı
17:49 / 26-04-2025
Yeni Layihə Menecmenti Sistemi Sahibkarları Dəqiq Proqnozlarla Təchiz Edir
17:29 / 26-04-2025
Sahibkarların Şəxsi Produktivliyini Ölçən Platforma Böyük Marağa Səbəb Oldu
17:00 / 26-04-2025
Müştəri Əlaqələri üçün “Davranış Kodu” Analizi Sistemi Sınaqdan Keçdi
16:45 / 26-04-2025
TikTok Alqoritminə Uyğun Reklam Yaradan AI Platforması İstismara Verildi
16:23 / 26-04-2025
Sahibkarlar üçün AI əsaslı “Bazar Fırsatı Radarı” Hazırlandı
16:00 / 26-04-2025
“Yaşıl” Bizneslərin Maliyyə Güzəştləri üçün AI Məsləhətçisi Tətbiq Olundu
15:47 / 26-04-2025
Sahibkarlar üçün “Sosial Dəstək Analiz Platforması” İstifadəyə Verildi
15:21 / 26-04-2025
Avtomatik İdeya Yoxlama Sistemi Sahibkarlara Yoldaşlıq Edir
14:43 / 26-04-2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
14:36 / 26-04-2025
Süni İntellekt İstehsalatda Zaman İdarəetməsini 40% Təkmilləşdirir
14:18 / 26-04-2025
Startaplar üçün “Zəif Nöqtə Analizi” Platforması Tətbiq Olundu
14:00 / 26-04-2025
Sahibkarlar üçün “Virtual Satış Məsləhətçisi” Dönəmi Başladı
13:45 / 26-04-2025
Mikrobizneslər üçün Avtomatik Risk Diaqnostikası Sistemi İstismara Verildi
13:16 / 26-04-2025
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
11:54 / 26-04-2025
Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
11:49 / 26-04-2025
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
11:06 / 26-04-2025
İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
10:55 / 26-04-2025
Ərdoğan Azərbaycana səfər edəcək
10:50 / 26-04-2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
10:42 / 26-04-2025
"Acıbadem" Xəstəxanalar Qrupu və “Meqa Həyat Sığorta" şirkəti əməkdaşlığa start verdi

Bölməyə aid digər xəbərlər


Tarix: 10-10-2022, 09:52 Oxunub: 174
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-09-2021, 22:55
"Kart məlumatlarınızı təqdim etməyin və dərhal bankınızla əlaqə saxlayın" - XƏBƏRDARLIQ
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
13-12-2020, 11:49
Aqrar Sığorta Fondu əkin sahəsi və məhsulları necə sığortalayacaq?
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
30-11-2020, 12:42
Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO