Ümumdünya Səhiyyə Təşkilatı Çin və Monqolustandakı bubon taunu hallarının dünya səviyyəsində təhdid yaratdığını düşünmür, lakin vəziyyəti izləyir. “RİA Novosti”nin məlumatına görə, bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.“Hazırda riskin yüksək olduğunu düşünmürük, ancaq vəziyyəti diqqətlə izləyirik”, - deyə M.Harris bildirib.


































