Day, Month 00, Year
00: 00: 00 AM
Avqustda avtomobil idxalında 2021-in rekordu - 9000 ƏDƏDƏ YAXIN MAŞIN GƏTİRİLİB

021-ci ilin yanvar-avqust ayları ərzində (8 ayda) xarici ölkələrdən Azərbaycana 571 milyon 757 min dollar dəyərində 56 min 361 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib. 
Sahibkartv.azDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 8 ayı ilə müqayisədə 23 min 183 ədəd və ya 69,9 % çoxdur. 
Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 399 milyon 498 min dollar dəyərində 33 min 178 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin 8 ayında təkcə minik avtomobillərinin idxalı 52 min 488 ədəd təşkil edib (ötən ilin 8 ayında 31 min 26 ədəd təşkil etmişdi). 
2021-ci ilin avqust ayında Azərbaycana 8 min 987 ədəd avtomobil idxal edilib (2021-in ötən dövrünün aylıq rekordu). Həmçinin bu ilin yanvarında 4 min 642 ədəd, fevralında 4 min 795 ədəd, martında 6 min 102 ədəd, aprelində 8 min 315 ədəd, mayında 7 min 366 ədəd, iyunayında 8 min 423 min ədəd, iyul ayında 7 min 731 ədəd avtomobil idxal edilib. 


Tarix: 15-09-2021, 18:56 Oxunub: 120


Bölməyə aid digər xəbərlər