Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb

Baxış: 425
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.
Belə ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.
Sahibkartv.az-ın verdiyi xəbərə görə, sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.
Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.

Qeyd: "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.