Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dörd saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib – FOTO

Baxış: 310
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib. 
Bu barədə Dövlət Məşğulluq İdarəsi məlumat yayıb.
Bildirilib ki, Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayon sakinləri üçün təşkil olunan bu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edən şəxslər müraciətlərinə uyğun aidiyyatı üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanıb. 
Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.
Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.