Day, Month 00, Year
00: 00: 00 AM
Daşkəsən rayonunun sahibkarlıq fəaliyyəti


Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi rayon olmuşdur. Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir. Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1046,02 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 396 km-dir. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır. “Narzan” Ailəvi İstirahət Mərkəzi Daşkəsən rayonu ərazisində, Xoşbulaq yolunun kənarında, Qoşqar çayının ətrafında yerləşir. Mineral maddələrlə zəngin olan bu mineral su, bir çox xəstəliklərin: öd, mədə-bağırsaq yolları xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Xoşbulaq Mountains” istirahət mərkəzində 4 nəfərlik 6 taxta kotteci vardır. Restoran kimi fəaliyyət göstərir. İstirahət köşkləri piknikə gələn insanlar üçün təklif olunur. Uşaqların əylənməsi üçün xüsusi yerlər ayrılmışdır. Xoşbulaqda olan süni gölün sahilində yerləşir. Yay mövsümündə fəaliyyət göstərir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.


Tarix: 17-08-2021, 10:30 Oxunub: 399


Bölməyə aid digər xəbərlər