Day, Month 00, Year
00: 00: 00 AM
Günəbaxan sahələrində məhsul yığımına başlanıb


Respublikanın günəbaxan sahələrində məhsul yığımına start verilib. Günəbaxan əksər bölgələrdə rayonlaşdırılmış bitki sayılır. Günəbaxan sahələrinin böyük əksəriyyəti Gəncə-Daşkəsən, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindədir.
Bu il Azərbaycanda təxminən 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Çəmkir rayonunun payına düşür.
Günəbaxan ən gəlirli və əməktutumlu bitki növlərindən sayılır. Kənd yerlərində gəlirlərin formalaşmasında və məşğulluğun artmasında bu bitkinin becərilməsinin böyük rolu var. Bitkinin tam vegetasiya müddəti iyulun sonlarında başa çatır, məhsul yğımına isə avqustun əvvəllərində start verilir.
Ötən il Azərbaycanda 11016 hektar sahədə günəbaxan əkilib. Mövsümün sonunda sahələrdən 24574 ton məhsul yığılıb. Günəbaxan üzrə orta məhsuldarlıq 22,4 sentner təşkil edib. 
Qeyd edək ki, günəbaxan əsasən yağlı bitki kimi becərilir. Müasir sortların tərkibində yağın miqdarı 50-52%-ə çatır. Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boya, sabun bişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur.
Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasınyda istifadə olunur ki, bunlardan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınmasında istifadə edilır. Yağlı bitkilər həmdə bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40% zülal olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem vahidinə, yaxud 3,6 kq proteinə bərabərdir. Günəbaxanın yaşıl kütləsindən iri buynuzlu malqara üçün yem və keyfiyyətli silos alınır. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80 kq-a, asan həzm olunan protein isə 3,8-4,3 kq-a bərabərdir.  


















Tarix: 4-08-2021, 13:38 Oxunub: 363


Bölməyə aid digər xəbərlər