22:12 / 03-12-2024
21:43 / 03-12-2024
21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.
Müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, bu sahəyə məsul mərkəzi və yerli qurumların nümayəndələri, pambıq şirkətlərinin rəhbərləri, Fermerlər Assosiasiyasının, Azərbaycan Pambıqçılar Assosiasiyasının təmsilçiləri və fermerlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.
Pambıqçılıqla bağlı bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planına əsasən, hazırkı dövrə nəzərdə tutulmuş bütün təşkilati, aqrotexnika ilə bağlı məsələlər vaxtında və keyfiyyətlə icra edilib. İlin əvvəlindən başlayaraq pambıq istehsalçıları ilə şirkətlər arasında müqavilələrin bağlanılması, şum, arat, suvarma məsələləri diqqətdə saxlanılıb, texnika, pestisid və mineral gübrələrə tələbatın həcmi müəyyənləşdirilərək təmin edilməsi istiqamətində tədbirlər görülüb. Nəticədə bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alınıb, hazırda rayonlarda pambıq sahələrinin becərilməsi işləri davam etdirilir.
Müşavirədə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Diqqətə çatdırılıb ki, son günlər havaların kəskin istiləşməsi nəticəsində pambıq əkinlərinin suvarma suyuna olan tələbatı daha da artıb və bu səbəbdən sahələrin vaxtında suvarılması zərurəti yaranıb. Bildirilib ki, bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq olunmalıdır. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.
Tədbirdə pambıqçılığın inkişaf perspektivləri, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər