22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Taxılçılığın inkişaf etdirilməsi əkin sahələrinin artırılması hesabına deyil, məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı yeni sortların yaradılması və istehsalata tətbiqi hesabına olmalıdır. Hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) yeni sortların yaradılması istiqamətində digər Bölgə Təcrübə Stansiyaları (BTS) ilə yanaşı Cəlilabad BTS-də aparılan elmi tədqiqat işləri öz bəhrəsini verməkdədir. Bərk buğdaların daha geniş əkilib becərildiyi iqtisadi bölgələrdən olan Cəlilabad rayonu üzrə 2021-ci ildə 50-60 min hektar ərazidə arpa və buğda əkinləri həyata keçirilib. Hazırda hər hektar sahədən təxminən 25-26 s/ha məhsul əldə olunub.
Cəlilabad rayonunda həyata keçirilən tədbirin məqsədi taxılçılıqla məşğul olan ailə-fermer təsərrüfatlarını, o cümlədən, iri istehsal müəssisələrini elmi əsaslarla dəstəkləməkdən ibarətdir. Fermerlərin diqqətinə çatdırlıb ki, vaxtında və düzgün aparılan aqrotexniki tədbir, torpağın düzgün hazırlanması, sortun düzgün seçilməsi, alaqlara qarşı mübarizə tədbirləri, eyni zamanda üzvi və mineral gübrələrdən düzgün istifadə olunması mühüm şərtlərdəndir.
Fermerlərin keyfiyyət və kəmiyyət göstəriciləri yüksək olan toxumlarla təminatı daim diqqətdə saxlanılır. Bu məqsədə nail olmaq üçün Əkinçilik ETİ-nin elmi dəstəyi nəticəsində əkin materialı kimi bölgə üçün xarakterik olan yerli buğda və arpa sortlarından istifadə olunacaq. Nəticə etibarilə məhsuldarlıq yüksəksələcək və bərk buğdaya olan tələbət daxili imkanlar hesabına ödəniləcək.
Qeyd edək ki, Cəlilabad BTS-da ötən iki il ərzində (2019-2020) 5 bərk buğda (“Rəvan”, “Xudafərin”, “Gömür-74”, “Tac-21”, “Yasəmən”), 2 yumşaq buğda (“Duyğu”, “Banu”) rayonlaşmaya təqdim olunub. “Rəvan” bərk buğda sortu respublikanın uyğun bölgələrində əkilməsi üçün rayonlaşıb, bu ildən ilkin toxumçuluğuna başlanacaq. Cari ildə iki bərk buğda sortunun rayonlaşması üçün sort sınaq məntəqələrinə göndəriləcək.
Bölməyə aid digər xəbərlər