Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AXA sədri Sərdar Hacıyev Astara və Lənkəranda vətəndaşlarla görüşdü, təsərrüfatlara baxış keçirdi

Baxış: 63

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaş qəbulu keçirərək Astara və Lənkəran sakinlərinin müraciətlərini dinləyib.
Qəbul zamanı vətəndaşlar əsasən məşğulluq, güzəştli kreditlər, balıqçılıq təsərrüfatlarının qeydiyyatı, suvarma suyu ilə təminat və digər aqrar sahələrlə bağlı məsələləri diqqətə çatdırıblar. Sərdar Hacıyev hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və operativ həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Görüş zamanı kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının və qəbul olunan qərarların fermerlərin rifahının yüksəldilməsinə, aqrar sektorun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Vətəndaş qəbulundan sonra AXA sədri Astara rayonunda fəaliyyət göstərən sitrus bağlarına, balıqyetişdirmə təsərrüfatına və çəltik emalı müəssisəsinə baş çəkərək istehsal prosesi ilə tanış olub. Təsərrüfat rəhbərləri ilə keçirilən görüşlərdə məhsuldarlığın artırılması, aqrotexniki tədbirlərin tətbiqi, bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə, eləcə də balıqçılıq sahəsində mövcud vəziyyət müzakirə edilib.
Səfər çərçivəsində 2026–2030-cu illəri əhatə edən dövlət proqramında nəzərdə tutulan prioritet istiqamətlər, aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsi, toxumçuluğun inkişafı, baytarlıq və fitosanitar xidmətlərin gücləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.