Day, Month 00, Year
00: 00: 00 AM
QLOBAL TRENDLƏR

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində KOS subyektləri iqtisadi artımın və məşğulluğun təmin edilməsində aparıcı mövqeyə malikdirlər. Belə ki, Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı payı müvafiq olaraq 50 və 60 faizdən yuxarıdır. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri də iqtisadi dayanıqlılığın gücləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması və iqtisadi aktivliyinin təmin edilməsi üçün KOS-un inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirir. Nəticədə, rəqabətli bazar münasibətləri formalaşır ki, bu da bazarda tələb-təklif tarazlığının yaranmasına, qiymətlərin sabitləşməsinə, istehsal olunan mal və xidmətlərin rəqabətqabiliyyətliliyinin yüksəlməsinə, iqtisadi tənzimləmə alətlərinin effektiv tətbiqinə, iqtisadiyyatın dayanıqlılığına və xarici təsirlərin çevik absorbsiyasına şərait yaradır. Məhz bu səbəblərdən hazırkı qlobal kontekstdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr KOS vasitəsilə iqtisadiyyatlarının böhranlara çevik uyğunlaşmasına nail olmağa çalışır.
ABŞ və Avropa İttifaqı ölkələri kimi ölkələr KOS-un inkişafı hesabına əhəmiyyətli iqtisadi artıma nail olmuşdur. Belə ki, Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizini kiçik və orta müəssisələr təşkil edir ki, bunların da məşğulluqda və ÜDM-də payı 60 faizdən çoxdur. 2014-2015-ci illərdə Avropa İttifaqı ölkələrində gəlir kimi əldə olunmuş hər bir avronun 58 senti KOS subyektlərinin payına düşmüşdür.KOS sahəsində müşahidə olunan digər qlobal trendlər aşağıdakılardan ibarətdir:
● beynəlxalq təcrübəyə əsasən demək olar ki, KOS subyektləri üzrə risk faktorunun yüksək olması onların maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırır. Bunun nəticəsidir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr KOS-un maliyyələşdirilməsi ilə əlaqədar olaraq zəmanət fondunun yaradılması, girovsuz maliyyələşmə mexanizmlərinin tətbiqi, risklərin
sığortalanması və s. kimi xüsusi yanaşma tətbiq edirlər;
● dövlətlər KOS subyektlərinin qlobal dəyər zəncirlərinə qoşulmaqla, transmilli şirkətlərin istehsal etdikləri məhsulların ayrı-ayrı komponentlərinin təchizatçısı kimi fəaliyyət göstərməsinə dəstək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirirlər. Belə ki, transmilli şirkətlər öz məhsullarının komponentlərinin demək olar ki, əksər hissəsini dünyanın fərqli coğrafiyalarında yerləşən kiçik və orta müəssisələrə sifariş verməklə istehsal edirlər. Bununla da, KOS subyektləri qlobal dəyər zəncirində
yüksək əlavə dəyər yaradan sektorların iştirakçısına çevrilirlər;
● KOS subyektlərinə göstərilən dəstəyin düzgün koordinasiyasının təmin edilməsi və əlverişli mühitin yaradılması məqsədilə dünyanın bir çox ölkələrində KOS subyektlərinə xidmət edən mərkəzləşdirilmiş qurum
yaradılır;
● KOS subyektləri bazarlarda mövqelərinin qorunub saxlanılması və istehsal
xərclərinin azaldılması məqsədilə horizontal və vertikal klasterlər yaradırlar. Belə ki, bu klasterlər vasitəsilə KOS subyektləri öz xərclərinin optimallaşdırılması hesabına miqyas effektinə nail olurlar.


Tarix: 5-12-2020, 12:25 Oxunub: 276


Bölməyə aid digər xəbərlər