12:48 / 10-12-2024
12:43 / 10-12-2024
12:03 / 10-12-2024
10:49 / 10-12-2024
10:20 / 10-12-2024
10:03 / 10-12-2024
09:59 / 10-12-2024
09:40 / 10-12-2024
09:32 / 10-12-2024
09:27 / 10-12-2024
09:17 / 10-12-2024
22:13 / 09-12-2024
21:43 / 09-12-2024
21:17 / 09-12-2024
20:49 / 09-12-2024
20:23 / 09-12-2024
20:00 / 09-12-2024
19:41 / 09-12-2024
19:19 / 09-12-2024
17:00 / 09-12-2024
16:47 / 09-12-2024
15:42 / 09-12-2024
15:30 / 09-12-2024
15:00 / 09-12-2024
14:23 / 09-12-2024
14:11 / 09-12-2024
Sözün düzü saytların bir neçəsində “Cahan Holding”in rəhbərliyinə qarşı əsassız ittihamların, qərəzli fikirlərin əks olunduğu material rastıma çıxanda çox məyus oldum. Məyus oldum ona görə ki, mən özüm bu şirkətin prezidenti olan Vüqar Abbasovu şəxsən tanıyıram. Onun özünün də, rəhbərlik etdiyi holdinqin də fəaliyyətindən də, gördüyü xeyriyyə işlərindən də çoxlarından daha yaxşı xəbərim var. İlk növbədə nəzərə almaq lazımdır ki, “Cahan Holding” bu gün Azərbaycanda daxili istehsalı gücləndirməklə həm xarici məhsulların idxalından asılığın azaldılmasına böyük töhvə vermiş olur, həm də yeni iş yerlərinin açılmasını təmin edir. Bu da dövlətimizin sahibkarlığın inkişafına yönəldilmiş iqtisadi siyasətinə tam uyğundur.
Digər tərəfdən isə “Cahan Holding”in, şəxsən Vüqar müəllimin həyata keçirdiyi xeyriyyəçilik və sponsorluq layihələri tamamilə başqa, həm də çox geniş bir söhbətin mövzusu ola bilər. Bu baxımdan şirkətin Naxçıvanda idmanın inkişafına, gənc nəslin yaradıcı potensialının üzə çıxarılmasına verdiyi dəstək çox mühümdür. Bundan başqa pandemiya dövründə Vüqar müəllimin birbaşa təşəbbüsü və göstərişi ilə yüzlərlə aztəminatlı ailəyə, tənha şəxslərə yardımlar olunub. Həmçinin 44 günlük Vətən müharibəsinin davam etdiyi vaxtda “Cahan Holding” tərəfindən cəbhədə savaşan bir çox döyüşçülərimizin ailələrinə dəstək göstərilib. Şəxsən mənim özümün də iştirakımla Vüqar müəllim dəfələrlə bir çox şəhid ailələrini ziyarət edib, onlara yardım edib. Mənim doğulub boya-başa çatdığım Goranboy rayonunda bir şəhidimizin yas məclisini keçirib. Bütün bunlar danılmaz faktlardır.
Vüqar Abbasovun Məmməd Musayevlə münasibətlərinə gəlincə isə, onların hər ikisi ölkəmizdə sahibkarlığın inkişafı üçün çalışan insanlardır. Yəqin hər kəs mənimlə razılaşar ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin və həmin qurumun vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun yaxın olmalarında təəccüblü heç nə yoxdur. Ən azından ümumi iş, çalışdıqları eyni qurum bunu şərtləndirir.
Bütün bunları yazmaqda isə məqsədim budur ki, işləyən, ölkənin inkişafına, insanlarımızın rifah yüksəlişinə çalışan, yeni-yeni iş yerlərinin açılmasını daima qarşıya məqsəd qoyan, sahibkarlığın inkişafına dəyərli töhfələr verən iş adamlarının cəmiyyətimizdə düzgün dəyərləndirilməsində mənim də bir dəstəyim olsun. Hansısa şəxsi məqsədlər naminə belə insanlara qarşı “qara piar” kampaniyalarının aparılması isə qətiyyən yolverilməzdir.
Rüstəm Zülfüqarlı,
Sahibkartv.az saytının baş redaktoru .
Bölməyə aid digər xəbərlər