Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq

Baxış: 290
Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq "Uşaqlar üçün kino" festivalı keçiriləcək.
Sahibkartv.az xəbər verir ki, budəfəki kino bayramında tamaşaçıları geniş beynəlxalq proqram gözləyir. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.
Rejissor Tahir Tahiroviç festivala "Qırmızı" filmi ilə qatılacaq. Ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənli olan ekran işi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs olunur. Valideynləri ayrıldığına görə evdə tək qalan qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur...

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.