Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nin yüksək səviyyəli toplantısında təqdim olunacaq

Baxış: 359
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi çərcivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovun “Report”a verdiyi məlumata görə, Mərkəzin həmsədri İsmayıl Seragəldinin müəllifliyi ilə hazırlanan “Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nın Baş Assambleyası çərcivəsində təşkil olunan XXI ali səviyyəli toplantısında təqdim olunacaq.
Mərkəzin həmsədri xanım Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti xanım Tarya Halonen və baş katib Rövşən Muradov kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, 2012-ci ildə Gəncədə Nizaminin yaradıcılığına həsr olunmuş xüsusi Beynəlxalq Mərkəzin yaradılması, ilk növbədə, böyük müdrik şairin xatirəsinin doğma ölkəsi Azərbaycanda yaşayacağını təmin edəcək. Mərkəzin ikinci, eyni dərəcədə əhəmiyyətli bir missiyası Nizami haqqında kitabları mümkün qədər fərqli dillərdə əlçatan etməklə bu işlər sadəcə davam etdirmək, gələcəkdə daha da gücləndirməkdir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.