21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
“Nizami Gəncəvinin Gəncədə doğulub, böyüyüb, orada vəfat etməsinə baxmayaraq, öz dahi əsərlərində bir çox mövzuları fəlsəfi fikirlərlə əks etdirib”.
Sahibkartv.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfəri çərçivəsində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu, Nizami Gəncəvinin ensiklopedik biliklərə sahib olduğunun göstəricidir:
“Dahi Nizami Gəncəvinin heç vaxt Gəncəni tərk etməməsinə baxmayaraq, onun əsərləri çoxşaxəli olub. Əsərlərində istifadə etdiyi müdrik ifadələr, toxunduğu mövzular onun nə qədər geniş dünyagörüşünə malik olduğundan xəbər verir”.
Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən tədbirdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze iştirak edib.
O, çıxışı zamanı Nizami Gəncəvi irsini yüksək qiymətləndirib:
“Biz Nizami Gəncəvi yaradıcılığı ilə fəxr edirik. Dahi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqəli həm azərbaycanlı nümayəndələr, həm də Gürcüstanın mədəniyyət sahəsində çalışan nümayəndələri bir sıra rəsmi görüşlər keçirib”.
Tədbirdə N.Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən rəsm sərgisi keçirilib. Sərgidə azərbaycanlı və gürcü rəssamların dahi şair N.Gəncəviyə aid miniatür və rəsm əsərləri nümayiş olunub.
Bölməyə aid digər xəbərlər