Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur bakılı rejissorun vəfatından sonra xanımı reanimasiyaya yerləşdirildi

Baxış: 350

Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşovun iyun ayının sonunda vəfatından sonra mərhumun xanımı, Rusiyanın Xalq artisti Vera Alentovanın vəziyyəti ağırlaşıb.
Bu barədə “StarHit” xəbər verib.
Məlumata görə, həkimlərin qərarı ilə o, reanimasiyaya köçürülüb.
Qeyd edək ki, ötən ayın sonlarında Menşov və xanımı koronavirusdan xəstəxanaya yerləşdirilmişdi. Məşhur rejissor iyulun 5-də xəstəliyə məğlub olub.
Yeri gəlmişkən qeyd edək ki, Vladimir Menşovun dəfni iyulun 8-nə təyin olunub.
Bakıda dünyaya göz açan Vladimir Menşov Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı idi. Məşhur rejissor həmçinin “Moskva göz yaşlarına inanmır” filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülmüşdü.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.