14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Nəsimi rayonunda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin və gənclərin iştirakı ilə “Nəsimi rayon Şəhidləri” sənədli filminin təqdimatı olub.
Sahibkartv.az xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni və hərbi marş səsləndirilib. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə lentə alınmış “Nəsimi rayon Şəhidləri” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda ordumuz tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı Azərbaycan xalqının, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıb: “Bu gün müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bir daha sübut olundu ki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür”.
Tədbirdə iştirak edənlər- Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Məşədi Dadaş Məscidi Dini icmasının rəhbəri Hacı Şahin Həsənli çıxış edərək zəfərlə sona çatan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anıldığını bildirib, Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşıldığını qeyd ediblər.
Tədbirin sonunda şəhid ailələrinə şəhidlərin xatirə maketi və ərzaq bağlamaları təqdim edilib.
Bölməyə aid digər xəbərlər