Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Əl işləri ilə milli ənənələri yaşadan dizayner: Nəbiyeva Samirə ilə müsahibə”

Baxış: 810

Özünüzü təqdim edə bilərsiniz?

Nəbiyeva Samirə Allahverdi qızı. 11 may 1986-cı ildə Rusiya Federasiyası Qraçevka rayonunda anadan olmuşam. 2001–2002-ci illərdə Azərbaycan Dövlət Statistika Komitəsinin kompüter və iqtisadçı ixtisası üzrə tam kursu bitirmişəm. 2007–2009-cu illərdə kurs rəhbəri, 2009–2011-ci illərdə "MB-60" MMC-nin direktor vəzifəsində çalışmışam. Dizayn mənim hobbimdir və bu işdə ideya və planlarım çoxdur. 2018-ci ildən etibarən "Royam_design"ın təsisçisi və rəhbəriyəm. Bu illər ərzində bir çox rəsmi tədbirlərə, xeyriyyə məqsədi ilə təşkil olunmuş tədbirlərə öz əl işlərimlə qatılmışam. Əl işlərim bir çox məşhurların, millət vəkillərinin, o cümlədən Türkiyənin bir neçə məşhurları və iş adamları üçün hazırlanıb və bir çox mükafatlara layiq görülmüşəm. İşlərimdə daha çox Azərbaycanın milli adət-ənənələrinin təbliğatı üstünlük təşkil edir.

Əl işlərimin içərisində mənə ən çox uğur gətirən və qürurla hazırladığım, ikinci Qarabağ müharibəsi şəhidləri və qaziləri üçün, milli qəhrəmanlarımız üçün "Şəhid xatirəsinin əbədiləşdirilməsi" adlı layihəsi əsasında hazırladığım albomlar xüsusi yer tutur və bu əl işlərim bir çox şəhidlərin ev muzeyində saxlanılır. 2023-cü ildə ideya müəllifi və layihə rəhbəri olduğum, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhər 307 nömrəli məktəblə birgə 11-ci sinif şagirdləri arasında keçirilən "intelektual müsabiqə" adlı maarifləndirici layihə keçirildi və bu layihənin qaliblərinə öz əl işlərimdən ibarət hədiyyələr təqdim olundu.


Bir brend üçün dizayn hazırlayanda ilk olaraq nəyə diqqət edirsiniz?

İşlərimin çoxunu öz ideyalarım əsasında hazırlayıram. Buna görə də demək olar ki, hər birində keyfiyyət və fərqlilik mənim üçün çox önəmlidir və bu çox böyük diqqət, zövq, ideya və səbir tələb edir. Əl işlərinə, sənətə marağın artmağı sevindirici haldır. Bu gün Azərbaycanda əl işlərinə tələbat və maraq artıb. Gələcək nəsillərə ötürüləcək fərqli, zövqlü işlər ərsəyə gətirmək ümidi ilə...













Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.