Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Recep İvedik obrazı ilə məşhurlaşan türkiyəli aktyorun həbsi tələb olunur: 10 il... - FOTO

Baxış: 265
Recep İvedik obrazı ilə məşhurlaşan türkiyəli aktyorun həbsi tələb olunur: 10 il... - FOTO


Türkiyədə Recep İvedik obrazı ilə məşhurlaşan komediya aktyoru, rejissor, ssenarist Şahan Gökbakarın həbsi tələb olunur.
Sahibkartv.az DHA-ya istinadla xəbər verir ki, buna səbəb onun Marmarisdə yerləşən villasında günəş panelləri quraşdırılması və su anbarının tikilməsidir.
Aktyora barəsində Marmaris Respublika Baş Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb. Aktyor, qardaşı və 2 ailə üzvü barəsində “Mədəni və Təbii İrsin Mühafizəsi haqqında” Qanunun pozulmasına görə 3 ildən 10 ilədək həbs cəzası istənilib.
Şahan Gökbakarın ortağı olduğu “Çamaşırhane” film şirkətinə məxsus villaların bina qeydiyyat şəhadətnamələri və əlavələri qeyri-qanuni tikililərə görə 2022-ci ildə ləğv edilib. 
Daha sonra icazəsiz fəaliyyətə görə villa sahiblərinə qarşı cinayət işi açılıb. Marmaris Bələdiyyəsinə də söküntü qərarlarının qəbul edilməsi və söküntü bildirişləri göndərilməsi ilə bağlı xəbərdarlıq edilib.
Şahan Gökbakar və ittiham olunan 3 şəxs dindirilmə zamanı villanı 2020-ci ildə aldıqlarını və dəyişikliklərin onlar almazdan əvvəl edildiyini biliriblər.
Villanın əvvəlki sahibi isə ittihamları qəbul etməyib.
Hazırlanan ittiham aktı məhkəməyə göndərilib. Qəbul olunarsa, təqsirləndirilən şəxslər yaxın günlərdə hakim qarşısına çıxacaq.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.