Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankarada Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun 70 illik yubileyi qeyd ediləcək

Baxış: 267

Avqustun 16-da Türkiyə paytaxtında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri olacaq. 

 Yubiley tədbirinin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edirlər. 

TÜRKSOY-un baş katibliyinin binasında keçiriləcək yubiley tədbirində iki qardaş ölkənin mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. 

Professor Cahangir Novruzov hazırda Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyir. 



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.