Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xarici ölkələrdən olan jurnalistlər Ağdam Sənaye Parkında olublar - FOTO

Baxış: 651
Fevralın 27-də bir qrup xarici jurnalistin Ağdam Sənaye Parkına səfəri təşkil edilib.
İqtisadiyyat Nazirliyindən Sahibkartv.Az-a verilən məlumata əsasən, ABŞ, Fransa, Türkiyə, Moldova, Niderland, Çexiya, Ukrayna, Yaponiya və s. ölkələrdən olan jurnalistlərə Ağdam Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, Qarabağın dirçəldilməsi və bölgənin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 may 2020-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 5 rezident qeydiyyata alınıb. Rezidentlər fəaliyyətə başlayanadək sənaye parkında bütün lazımi şərait yaradılacaq. Artıq Sənaye Parkında iki müəssisənin təməli qoyulub.
Sonra media nümayəndələri sənaye parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar.









Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.