Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

84 qadını öldürən cani ona “manyak” deyilməməsini xahiş etdi - VİDEO

Baxış: 356
84 qadını öldürməkdə təqsirli bilinən və mediada “Anqarsk manyakı” kimi tanıdılan Mixail Popkov bu cür adlandırılmağı sevmədiyini deyərək, belə çağırılmamasını istəyib.
İki dəfə ömürlük həbs cəzasına məhkum edilən rusiyalı qatil bu barədə Lenta.ru saytına müsahibəsində danışıb.
“Məni belə adlandırılmasını xoşlamıram. Mən necə manyakam? Əlbəttə ki, bunun doğru və ya yanlış olduğunu şərh etmək fikrində deyiləm, amma belə adlandırılmaq istəmirəm. Düzdür, indi mənim fikrim heç bir əhəmiyyət kəsb etmir”, - deyə, Popkov bildirib.
Qeyd edək ki, İrkutsk vilayətinin Anqarsk şəhərindən olan keçmiş polis işçisi Mixail Popkov xüsusi amansızlıqla 84 cinayət törətməkdə təqsirli bilinərək, iki dəfə ömürlük həbs cəzasına məhkum edilib. O, qurbanlarını əvvəl zorlayıb, sonra öldürürmüş.
Son məlumatlara görə, Popkov daha iki cinayətini də etiraf edib. Onun bu ifadələrini də nəzərə alsaq, qurbanlarının sayı ən az 86 nəfərə çata bilər. Kadrlarda Popkov növbəti qurbanı necə öldürdüyünü və cinayət yerini göstərir.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.