Day, Month 00, Year
00: 00: 00 AM
Fədakar həkim və əsl vətəndaş!

Koronavirus pandemiyası bütün dünya ölkələrini ağır sınaqlarla üz-üzə qoydu və müxtəlif coğrafiyalarda iqtisadi-sosial təlatümlərin başlanmasına səbəb oldu. Heç şübhəsiz ki, koronavirus xəstəliyi qlobal dünyanın bir hissəsi olan Azərbaycandan da yan keçmədi. Ancaq tam məsuliyyətlə demək olar ki, pandemiyaan ən az zərələ çıxan yeganə ölkələrdən biri də Azərbaycan oldu. Ölkədə aparılan sağlam tədbirlər sistemi, iqtisadi və sosial dayanıqlıq, vaxtında qəbul edilmiş qərarlar pandemiyadan ən az zərərlə çıxmağımızı şərtləndirən əsas amillərdəndir. Xüsusilə də Azərbaycan həkimlərinin, tibb işçilərinin koronavirusla mübarizə istiqamətindəki fədakar və yorulmaz fəaliyyəti danılmazdır. Pandemiya dövründə bir sıra həkimlər cəmiyyətimiz üçün istinad nöqtəsinə çevrildi, onlar xalqımız üçün mayak rolunu oynadı, insanların yaşaması məhz onların yuxusuz gecələri sayəsində mümkün oldu.
Belə həkimlərdən biri də Goranboy Rayon Mərkəzi Xəstəxanasının terapevti Şəhruzə Rüstəmovadır. Belə desək, Şəhruzə xanım region həkimidir, ancaq Goranboy rayonunda koronavirusla mübarizə sahəsində onun gördüyü işlərin miqyası daha böyükdür.
O mənada ki, onun regionda insanları bu ağır xəstəlikdən xilas etməsi paytaxt Bakıda aidiyyatı dövlətin bu istiqamətdəki tədbirlərinə verilən dəstək idi. Elə Goranboy əhalisindən soruşmaq bəs edir ki, Şəhruzə xanımın pandemiya dövründə insanlara göstərdiyi diqqətdən, həssas münasibətdən və qayğıdan bəhs etsinlər.
Ş.Rüstəmova koronavirus xəstəliyinə yoluxan xəstələrin müalicəsini həyata keçirmək üçün əsl müsəlləh əsgər kimi bir neçə cəbhədə özünü səfərbər etmişdi. Belə ki, o, xəstələrin müalicə prosesinin xəstəxanada həyata keçirilməsində fədakar fəaliyyət ortaya qoymuş oldu. Digər tərəfdən isə, xeyli sayda xəstələri ev şəraitində müalicə edərək onlara həyat bəxş edib. Hətta Şəhruzə xanım müalicəyə maddi imkanı çatmayan xəstələrin bütün müalicə xərclərini də özü qarşılayıb.
Bu gün də Ş.Rüstəmova Goranboy rayonunda fədakar həkim fəaliyyəti ilə yerli əhaliyə xidmət etməkdədir. Onun xəstələrə, insanlara baxışı təkcə bir tibb işçisinin münasibəti ilə məhdudlaşmır, o, həm də insanlara doğmalıq nümayiş etdirir. Açığı, regionlarda belə həkimlərin olması hər birimizi sevindirir.
İnanırıq ki, Şəhruzə xanım bundan sonra da özünün məsuliyyətli işinin öhdəsindən ləyaqətlə gələcək, indi necədirsə, bundan sonra da əhali üçün ümid işığına çevriləcək.


Tarix: 12-01-2022, 10:32 Oxunub: 446


Bölməyə aid digər xəbərlər