Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə növbəti mərhələ başlayıb

Baxış: 434
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən reallaşdırılacaq 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədinə dair müzakirələrin növbəti mərhələsi başlayıb. Müzakirələr Xızı və Abşeron rayonlarında hər birində iki gün olmaqla ümumilikdə dörd gün davam edəcək.
Müzakirələrin ilk günündə "ACWA Power" və şirkətin yerli tərəfdaşı "Ecoenergy" MMC-nin, həmçinin ətraf mühit və idarəetmə üzrə beynəlxalq məsləhətçi “5 Capitals” şirkətinin əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilib, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədinin icmalı təqdim olunub və müzakirə iştirakçılarının sualları cavablandırılıb.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında layihə üzrə “İcra müqaviləsi”, həmin ilin dekabr ayında isə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Külək Elektrik StansiyasıXızı-Abşeron

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.