17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Sentyabrın 13-də Xaçmaz şəhərində keçirilən toxum sərgi-satış yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara göstərdiyi dəstək və xidmətlər də təqdim olunub.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentliyin Xaçmaz KOB evinin qarşısında təşkil olunmuş yarmarkada iştirakçılara KOBİA-nın KOB dostu, KOB evi və KOB İnkişaf Mərkəzi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Xaçmaz KOB evində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-ə yaxın xidmət göstərilir. Xaçmaz KOB İnkişaf Mərkəzi sahibkarlara mərkəzdə və təsərrüfatlarda olmaqla ödənişsiz təlim və məsləhət xidmətləri göstərir. Öz biznesini qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən göstərilən xidmətlər, sahibkar maraqlarının müdafiəsi üçün KOB dostuna müraciət edə bilərlər. Həmçinin, sərgi çərçivəsində sahibkarlara KOBİA-a tərəfindən göstərilən daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsi, kobmarket.az onlayn ticarət portalı barədə də məlumat verilib.
Yarmarkada həmçinin, Agentliyin “KOB könüllüləri” tərəfindən iştirakçılara KOBİA-nın fəaliyyətinə dair müxtəlif məlumatlandırıcı bukletlər paylanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə keçirilmiş toxum sərgi-satış yarmarkasında Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən fermerlər, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Bölməyə aid digər xəbərlər