Day, Month 00, Year
00: 00: 00 AM
Astarada su kanalları təmizlənir.

Selötürücü, suötürücü kanalların lildən təmizlənməsinə start verilib
Sahibkartv.az bildirir ki, Astarada 4500 hektardan çox suvarılan əkinə yararlı torpaq sahəsi var. 70 min paqonometrdən çox selötürücü, suötürücü kanallar lil və palçıqdan təmizlənib.
Əkin sahələrinin su təminatı ilə bağlı hər hansı bir problemin yaşanmaması üçün Astarada ilin əvvəlindən işlərə başlanılmışdı. Həm selötürücü və suötürücü, həm də suvarma kanallarının təmizlənməsi və əkinçiliklə məşğul olan əhalinin istifadəsinə verilməsi işləri mütəmadi olaraq davam etdirilir. Sel sularının vura biləcəyi ziyanın qarşısını qabaqcadan almaqdan ötrü tədbirlər görülür.
Əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biri olan Astarada 4519 hektar suvarılan əkinə yararlı torpaq sahəsi var. Astara Suvarma Sistemləri İdarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə start verilmişdi.
Astara rayonu ərazisində 4 su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir. Astarada yerləşən yeganə su anbarı Lovayının tutumu 6,3 milyon kubmetrdir. Bu su anbarının mənbəyi əsasən yağış sularıdır. Havaların quraqlıq keçməsi ilə əlaqədar Lovayın su anbarında suyun qismən azalmasını nəzərə alaraq, suvarma növbəli şəkildə həyata keçirilir. Hazırda çayçılıq, sitrusçuluq təsərrüfatlarına suyun verilişi davam etdirilir. Astarada 250 hektar çəltik sahəsi var. Ən çox su tələb edən çəltik sahələrində suvarma işləri 4 dəfə həyata keçirilir. 998 hektar bostan bitkiləri və 272 hektar çayçılıq təsərrüfatları isə 5-7 dəfə suvarılır.
Suvarma sistemlərinin mühafizəsi, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmiri həyata keçirilir. Hər il olduğu kimi çay məcralarında sahil-bərkitmə işləri də aparılır.
Qeyd edək ki, bu il Astara Suvarma Sistemləri İdarəsi tərəfindən ayrı-ayrı ərazilərdə uzunluğu 70.000 paqonometrdən çox kanalların lildən təmizlənmə işləri həyata keçirilib. Hal-hazırda da işlər davam etdirilir.


Tarix: 11-09-2021, 21:26 Oxunub: 198


Bölməyə aid digər xəbərlər