19:36 / 19-09-2024
17:13 / 19-09-2024
15:51 / 19-09-2024
15:27 / 19-09-2024
15:08 / 19-09-2024
14:27 / 19-09-2024
13:40 / 19-09-2024
10:47 / 19-09-2024
09:43 / 19-09-2024
21:42 / 18-09-2024
18:28 / 18-09-2024
17:59 / 18-09-2024
Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının genişlənməsinin qarşısı alınaraq nəzarət altına alınması mümkün olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir.
Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.
Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Bölməyə aid digər xəbərlər