Day, Month 00, Year
00: 00: 00 AM
Problemlər girdabında boğulan kənd - VİDEO


Qəbələ rayonunun Quşlar kəndinin sakinləri isti havada susuz, küləkli havada isə işıqsız qalır. 
Kənd coğrafi mövqeyinə görə yüksəklikdə yerləşir. Burada mövcud olan qədim artezianlar quruyub və istifadəyə yararsız vəziyyətdədir. İsti havalarda uzaq məsafələrdən əllə daşınan su isə kəndlilərin ehtiyacını ödəmir. Quruyan su quyuları kənd sakinlərinin min bir əziyyətlə əkib-becərdiyi bostan sahələrinin məhvinə səbəb olur. Kəndli meyvə-tərəvəzi bazardan almaq məcburiyyətində qalır. Kəndin problemi bununla da bitmir. 1961-ci ildə çəkilən elektrik xətləri istifadə müdddətini başa vurduğu üçün külək əsən kimi naqillərdə qısaqapanma baş verir. 
Sakinlər deyir ki, nəticədə məişətdə istifadə etdikləri avadanlıqlar yanaraq sıradan çıxır. Kəndin üçüncü, ən böyük problemi isə mavi yanacaqdır. Qış aylarında sakinlər evlərini qızdırmaq üçün odundan istifadə edir. Qırılan meşələr isə təbiətə vurulan ən böyük zərbədir. 
“Azəriqaz” ASC-dən isə bildirilib ki, qazlaşma proqramı “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun şəkildə həyata keçirilir. Qəbələ rayonunun Quşlar kəndində də növbəti illərdə paylayıcı küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ətraflı süjeti təqdim edirik:

 


Tarix: 3-08-2021, 13:50 Oxunub: 124


Bölməyə aid digər xəbərlər