Day, Month 00, Year
00: 00: 00 AM
Qəbələ rayonunun sahibkarlıq fəaliyyəti


Qəbələ Azərbaycanın ən qədim rayonlarından biri sayılır. Günümüzdə Azərbaycanda turizm sektorunun ən öndə gedən regionlarından biri hesab olunur. Qəbələ rayonu Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Qəbələ bir müddət Qafqaz Albaniyasının mərkəzi olmuş, sonra isə Şirvanşahlar dövlətinin və Şəki xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı,Tikanlı çay və başqa çaylar axır. Bakı ilə arasında olan məsafə 225 km-dir. Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII–IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan gətirilirdi. Bu rayonda da digər rayonlarda olduğu kimi kənd təsərrüfatı ön plandadır. Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Qəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. 1548 kvadrat kilometr ərazini əhatə edən Qəbələ rayonunun ərazində sahibkarlıqla məşğul olan böyük otellər,restoranlar  fəaliyyət göstərir. Rayon ərazisində Qafqaz Resort Hotel,Qafqaz Riverside Hotel,Qafqaz Sport Hotel,Qafqaz Karvansaray Hotel və digər turizm obyektləri fəaliyyət göstərir. Qafqaz Resort Hotel  öz cazibədar təbiəti, Şərqə məxsus qonaqpərvərliyi ilə regionun ən üstünlük verilən otellərindən biridir. 2008-ci il ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Qafqaz Riverside Hotel   Qəbələnin turizm zonasına aid 20250 m² ərazisində, dəmiraparan çayının sahilində yerləşir. Rəsmi açılışı 2009-cu ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən olmuşdur. Qafqaz Sport Hotel Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşir. 2011-ci ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Qəbələ şəhər mərkəzindən cəmi 5 dəqiqəlik məsafədə yerləşən Qafqaz Karvansaray Hotel  ümumilikdə 18000 m² ərazini əhatə edir. Rəsmi açılışı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2013-cü ildə olmuşdur. Son 1 ildə Qəbələ rayonu deyiləndə şəhid General Polad Həşimov yada düşür. 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə şəhid Polad Həşimovun adı verilib. Küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Allah şəhidlərimizə rəhmət eləsin !!!




Günel Əliyeva


Tarix: 12-07-2021, 12:30 Oxunub: 354


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı