Day, Month 00, Year
00: 00: 00 AM

Yevlax sakinləri günlərlə susuz qalır? - AÇIQLAMA + VİDEO

Yevlax sakinləri günlərlə su üzünə həsrət qaldıqlarını deyirlər.
Bu barədə Sahibkartv.az-a Yevlax rayonunun Əcəmi kənd sakinləri məlumat veriblər.
Kənd sakinlərinin sözlərinə görə, susuzluqdan təsərrüfatları yanır:
“Kənd camaatı onlara verilən torpaq sahələrini əkib-becərə bilmir. Su olmadığından əziyyət çəkirik. Taxıl sahələri, bostandakı məhsullar susuzluqdan yanır. Çay qırağı ilə 10 kilometrlik su kanalı gəlir. Elə yerlər var ki, çay ilə arası 5 metrə yaxındır. Suyun böyük hissəsi çaya tökülür, əhalinin tələbatını qarşılamır. Mal-qara susuzluqdan ölür. Kənd üçün ayrılan su arxı qupqurudur. Şirvan su kanalında su boldu. Bizə isə su gəlmir.  Bizə deyirlər ki, kəndə növbəti dəfə sentyabrda normal su veriləcək”.
Məsələ ilə bağlı Yevlax Suvarma Sistemləri İdarəsinin Baş mühəndisi Ariz Mikayılov Sahibkartv.az-a açıqlamasında bildirib ki, ümumilikdə Yevlax rayonu ərazisində Yuxarı Şirvan kanalının xidməti ərazisinə aid olan kəndlərdə növbəlilik qrafiki tərtib edilib:
“Həmin qərargah Yevlax Şəhər İcra Hakimiyyəti nəznində yaradılıb və qəragahda icra, bələdiyyə nümayəndələri iştirak edir. Əcəmi kəndinə də su növbəlilik qrafiki ilə verilir. Biz məcburuq ki, qrafik tərtib edilərkən su kanalının xidməti ərazisində olan kəndlərdə 3 gün fasilə qoyaq. Hər kəndə 3 gün su gələndə digər kəndlərə suyun verilişini saxlamaq məcburiyyətindəyik. Çünki, kəsilməyəndə digər 3 kəndə ehtiyac olduğu qədər su verilişi təmin edilə bilmir. Bu səbəbdən növbəlilik qrafiki kanalın uzunluğu, su təminatı və su itkisi nəzərə alınaraq tərtib edilib.
Hazırda 3 kəndə su verilərkən digər kəndlərdə suyun verilişi tam dayandırılır. Əcəmi kəndinə suyun verilməsi artıq bu gündən başlayır. Yenə də növbəlilik əsasında tərtib edilir. 3 gün müddətində suyun verilişi həmin kənddə təmin ediləcək”.


Tarix: 10-07-2021, 13:45 Oxunub: 154


Bölməyə aid digər xəbərlər