Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəkidə sahibkarlarla görüş keçirilib - FOTO

Baxış: 433

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Şəkidə aqrar sahədə fəaliyyət göstərən və agentliyin rayonda yeni fəaliyyətə başlamış KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təlimlərə cəlb olunmuş KOB subyektləri ilə görüşüb. 
Şəki KOBİM-də təşkil olunmuş görüşdə sahibkarların ehtiyacları və təklifləri dinlənilib, Şəki KOBİM tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri barədə fikirləri öyrənilib.
Bildirilib ki, Şəkidə KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə yanaşı, “KOB Dostu” ofisi də fəaliyyət göstərir. Agentliyin bu struktur bölmələri Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən KOB-ların yerində dövlət dəstəyi mexanizmləri və onlara çıxışla bağlı məlumatlandırılmasına, maraqlarının müdafiəsinə, yeni KOB-ların yaranması və mövcud sahibkarlıq subyektlərinin inkişafına dəstək olur, bilik və bacarıqlarının artırılması üçün məsləhət və təlim xidmətləri göstərir.  
Bu formatda görüşlər digər rayonlarda da davam etdiriləcəkdir. 




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.